daha güclü (bic)

one too many for someone сильнее или хитрее кого-либо
daha da zəngin (varlı, dövlətli)
daha sadədir
OBASTAN VİKİ
Bic
Bic (ing. bitch; /bɪtʃ/) — insanlara, xüsusən də qadınlara qarşı istifadə olunan aşağıladıcı ifadə. Bir qadın və ya qız uşağı nəzərdə tutulduqda dalaşqan, pisniyyətli, nəzarətçi, aqressiv və ya dominant mənasına gəlir. Bir kişiyə yaxud oğlana tətbiq edildikdə isə mənasını dəyişir, tabe olan, zəif, qorxaq kimi alçaldıcı mənaları ifadə edir. Bu ifadə homoseksual münasibətdə yüksək dərəcədə iddialı və ya qadının alçaldıcı xarakteristikasına sahib olan kişiyə istinad edə bilər.
Güclü Avqust
Güclü Avqust (12 may 1670[…], Drezden – 1 fevral 1733[…], Varşava) — 7 may 1694-cü ildən Saksoniya kürfürstü, 1697-ci il sentyabrın 15-dən (17 iyun 1697-ci ildə kral elan edilmişdir) 1704-cü il fevralın 16-dək (1-ci dəfə, əslində, 24 sentyabr 1706-cı ilə qədər) Polşa Kralı və Litvanın böyük knyazı. 1694-cü ildən I Fridrix Avqust adı altında, 1697-ci ildən isə II Avqust adı ilə Saksoniyanın kürfürstü kimi hökm sürmüşdür. Polşa taxtını tutmaq üçün protestant Avqust 1697-ci il iyunun 1-də katolikliyi qəbul etdi. Onun daxili islahatlar və kral hakimiyyətini gücləndirmək cəhdləri uğursuzluqla nəticələndi, eyni zamanda Rusiya imperiyasına bölgədə öz təsirini artırmağa imkan verdi. İsveçə qarşı Şimal Müharibəsində (1700-1721) I Pyotrun müttəfiqi olmuşdur. Onun hakimiyyəti Polşanın milli rifahının və onun sakinlərinin döyüşkən ruhunun süqutu dövrü idi. II Avqustun dövründə Polşa ordusu 80.000-dən 18.000-ə endirilmiş və biri milli, digəri isə xarici qoşunlardan ibarət olmaqla iki hissəyə bölünmüşdür.
Güclü istilər
== Güclü istilər == Güclü istilər hər hansı bir ərazidə günəş şüaları ilə çox qızmış atmosfer havasının vəziyyətidir. Tropiklər arasında yerləşən rayonlarda güclü istilər havanın daimi səciyyəvi vəziyyətidir. Tropiklərdən kənar ərazilərdə iqlim yayın üçün səciyyəvi bir haldır. Azərbaycanın Aran rayonlarında və Naxçıvan MR-nın Arazboyu düzənliklərində hər il yay mövsümündə havanın temperaturu +350C və daha yüksək olan güclü istilər müşahidə edilir. Bəzən havanın temperaturu +400C-dən də çox olduğu hallar müşahidə edilir. Azərbaycanda bütün instrumental müşahidə dövrü ərzində ən yüksə mütləq maksimum temperatur 2000-ci ilin yayında Culfada qeyd edilmişdir. == Güclü istilərin insan səhhətinə təsiri == Güclü istilər insan səhhətinə mənfi təsir göstər. Güclü istilər zamanı hipertoniya, insult, əsəb sistemi və s. xəstəliklərin artması müşahidə edilir . Əhali arasında istivurma və günvurma halları qeyd edilir.
Güclü (Cizrə)
Güclü — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci il qeydlərində kürdmənşəli Cibri kimi istinad edilir. Əvvəllər Mardin vilayətinin Cizrə rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Cizrə rayonuna birləşdirilmişdir.
Güclü Partiya (Kosovo)
Güclü Partiya (alb. Partia e Fortë və ya PF) — Kosovoda yaranan satirik bir partiyadır. Partiya və 2013-cü ildə qurulmuşdur. Məqsədi "ictimai pullarını tərəfdarların mənfəəti üçün nəzarət etmə səlahiyyətinə" sahib olmaqdır. Partiyanın cinsiyyət bərabərliyinə olan bağlılığının bir parçası olaraq, qarşıdakı seçkilərdə vəzifə edəcək namizədlərin 30%-dən çoxu kişidir. Partiya, Kosovoda yaşayan insanların yanında o biri dünyadan olanlarınsəs verməsinə tərəfdar olaraq, Kosovonun demokratik bir ölkə olmasını tərifləyən partiya, siyasi status-kvo-nu qorumağa çalışır. Partiya liderləri qrupun anket düzəldənlərin ölçdüyünə görə 120% ətrafında bir zəfər iddia edirdi. == Tarixi == Partiya, 2012-ci ilin Noyabr ayında qurulmasına baxmayaraq, 2013-ci ilin İyun ayının 20-də rəsmən qeydiyyatdan keçmişdir. İl Ruqova, Visar Arifah, Ilir Bayri və Aqon Hamza kimi bir qrup aktivist və sənətçi tərəfindən qurulmuşdur. Güclü Partiyanı siyasi partiya olaraq görən insanlar, media və xalqın marağını çəkən bəzi internet zarafat və protestləri ilə diqqət qazandı.
Güclü qarşılıqlı təsir
Güclü qarşılıqlı təsir və ya güclü nüvə qüvvəsi kvarkları proton, neytron və digər hadron zərrəciklərində saxlayan fundamental qarşılıqlı təsirdir. Güclü qarşılıqlı təsir, həmçinin neytronları və protonları bir yerdə tutaraq atom nüvələri yaradır, hansı ki, bu nüvə qüvvəsi olaraq adlandırılır. Bütövlükdə proton və ya neytron kütləsinin böyük hissəsi güclü qarşılıqlı təsir enerjisinin nəticəsidir: fərdi kvarklar proton kütləsinin yalnız 1 %-ni təşkil edir. 10−15 m aralığında (nuklon radiusundan bir qədər çox) güclü qüvvə elektromaqnetizmdən təxminən 137 dəfə, zəif qarşılıqlı təsirdən 106 dəfə və cazibə qüvvəsindən 1038 dəfə güclüdür. Güclü qarşılıqlı təsir iki diapazonda müşahidə olunur və iki qüvvə daşıyıcısı tərəfindən vasitəçilik edilir. Daha böyük miqyasda (təxminən 1-3 femtometr) protonları və neytronları (nuklonları) birləşdirərək atomun nüvəsini yaradan qüvvədir (mezonlar tərəfindən daşınır). Daha kiçik miqyasda (nükleonun radiusu təxminən 0,8 fm-dən az) kvarkları bir yerdə saxlayaraq protonları, neytronları və digər hadron zərrəciklərini yaradan qüvvədir (qlüonların daşıdığı). Bu qüvvə eyni zamanda rəng qüvvəsi olaraq adlanır. Güclü qüvvə o qədər yüksək enerjiyə malikdir ki, güclü qüvvə ilə bağlanmış hadronlar yeni kütləyə sahib zərrəciklər yarada bilər. Belə ki, əgər hadronlar yüksək enerjili zərrəciklərlə toqquşdurularsa, onlar sərbəst hərəkət edən şüalanma (qlüonlar) yaymaq əvəzinə yeni hadronlar əmələ gətirirlər.
Güclü olan haqlıdır
Güclü olan haqlıdır və ya Güclü olan istədiyini əldə edər həm təsviri, həm də göstərişli mənaları ilə əxlaqın mənşəyi haqqında aforizmdir Təsviri olaraq, bu fikir cəmiyyətin doğruya və yanlışa baxışının hakimiyyətdəkilər tərəfindən müəyyən edildiyini və "Tarixi qaliblər yazır " kimi bir məna daşıdığını iddia edir. Yəni, bütün insanların yaxşı və pis haqqında şəxsi fikirləri olsa da, ancaq maneələri və düşmənləri dəf edəcək qədər güclü olanlar öz ideyalarını həyata keçirə, öz standartlarını bütövlükdə cəmiyyətə diktə edə bilər. Montaque kratokratiyanı (yun. κρατερός krateros "güclü" deməkdir) fiziki zorakılıq və ya demaqoq manipulyasiya yolu ilə nəzarəti ələ keçirmək üçün kifayət qədər güclü olanlar tərəfindən məcburi gücə əsaslanan bir hökumət modeli kimi təyin edirdi. Bu fikir totalitar rejimlərin kredosu kimi təsvir edilir. Sosioloq Maks Veber "İqtisadiyyat və cəmiyyət" əsərində dövlətin gücü ilə onun mənəvi nüfuzu arasındakı münasibətləri təhlil edirdi . Beynəlxalq siyasətin realist alimləri bu ifadəni hakimiyyətin suveren dövlətlər arasında münasibətləri müəyyən etdiyi " təbiət qanunu" kimi təsvir etmək üçün istifadə edirlər.
Bir rumka daha
Bir rumka daha (dan. Druk, ing. Another Round) — danimarkalı rejissor Tomas Vinterberqin 2020-ci ildə ekranlara çıxan filmi. == Süjet == Qırx yaşlarında olan dörd məktəb müəllimi hər gün bir az spirtli içki içməyin onları daha yaradıcı edə biləcəyi fikrini sınaqdan keçirməyə qərar verir. Bununla belə, çox içirlər və hər şey öz axarından çıxır.
Bir klubdan daha artıq
Mes que un club (azərb. Bir klubdan daha artıq‎) – İspaniyanın "Barselona" futbol klubunun rəsmi şüarı. Şüar "Barselona" klubunun ev oyunlarını keçirdiyi Kamp Nou stadionun tribunalarında öz əksini tapmışdır. Şüar klubun sadəcə bir futbol klubu olmadığını, Kataloniya mədəniyyətini və mübarizəsini təmsil etdiklərini bildirmək üçün işlədilir. == Tarixi == İkinci İspaniya Respublikası dövründə klub prezidenti Xosep Sunol klubu ölkənin idman və mədəniyyət həyatı ilə birləşdirmək üçün "İdman və vətəndaşlıq" şüarından istifadə etmişdir. Lakin bu şüar klubun daimi şüarı olmamışdır. İndiki şüarın tarixi 1933-cü ilə kimi uzanır. 1933-cü ilin aprelində aid klub məktubunda yazılır: "Belə görünür ki, Barselona bir futbol klubundan daha artıqdır". 17 yanvar 1968-ci ildə "Barselona" klubunun yenicə prezidenti seçilən Narsis de Karreras öz qəbul olunma nitqində "Barselona bir futbol klubundan artıqdır" cümləsini işlətmişdir. Lakin bu ifadə 1973-cü ilə kimi şüar kimi əhəmiyyət qazanmamışdır.
Daha yaxşı gələcək (Bəhrani)
Daha yaxşı gələcək — Əbdüləzim əl-Mühtədi əl-Bəhraninin kitabı. == Məzmun == Bu kitab əksər insanları maraqlandıran və çox aktual olan ailə məişət mövzularına aid suallardan və onlara verilən cavablardan ibarətdir. Müəllif ona verilən suallar əsasında bu kitabı tərtib etmişdir. Bu suallar elə dəqiqliklə seçilmişdir ki, hər bir oxucu onların içində özünə aid olan bir çox mətləbləri tapacaq və bu kitabın sanki özü üçün yazıldığını hiss edəcəkdir. Kitabın əhatə etdiyi suallar insan həyatını tam çılpaqlığı ilə göz önünə gətirir və onlara verilmiş dəqiq cavablarla da oxucuya suallarla dolu həyatda nə cür davranacağını göstərir. == Nəşr == Kitab 2012-ci ildə ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında I cildi 160, II cildi isə 176 səhifədə 60x90 ölçüsündə çap edilib. == İstinadlar == == Həmçinin bax == Bəla və səbir (Şəhid Sani) == Xarici keçidlər == "Daha Yaxşı Gələcək (I cild)" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
Məni daha gözləmə (mahnı)
Seksdən daha yaxşı (tort)
Seksdən daha yaxşı (ing. Better than sex cake) — ananas tərkibli süngər kekindən, qatlı vanil kremindən və kokos səpilmiş şəkərli kremdən ibarət ABŞ tortu. Şokoladlı tort qarışığı, karamel içliyi və əzilmiş iris istifadə edən versiyalar da oxşar adlarla tanınır. Süngər keki tez-tez hazır qarışıqdan yoğrulur. Tort adətən bir qızartma qabda bişirilir. Tortun nəmli mərkəzi adətən tort təbəqəsini çəngəllə bir neçə dəfə deşib, sonradan deşikləri ananas suyu və ya şərbətlə doldurmaqla yaradılır. Sonra tort soyudulur və soyuq formada yeyilir. 1990-cı ilə qədər bir neçə versiya mövcud idi. Əsas tort resepti tortu hazırlayan şəxsin zövqündən asılı olaraq dəyişdirilmişdir və alternativ dəyişikliklərə şokolad, banan və ya konfet daxildir. Kanzasda yaradılmış 1998-ci il versiyasında şokoladlı keks qarışığı, qatılaşdırılmış süd, karamelli dondurma və xırdalanmış iris istifadə olunurdu.
Daha adil bir dünya mümkündür
Daha adil bir dünya mümkündür (türkcə:Daha Adil Bir Dünya Mümkün) — Türkiyə Cümhuriyyətinin XII prezidenti Rəcəb Tayyib Ərdoğanın müəllifi olduğu kitab. Kitab 7 dildə 2021-ci ildə nəşr edilmişdir. == Haqqında == "Dünya beşdən böyükdür" fəlsəfəsi əsasında yazılmış kitab dünyanın gələcəyinə təsir edəcək sahələrin yalnız beş ölkənin insafına buraxılmasının doğru olmadığını bildirir. Kitab davam etdirilməsi mümkün və daha adil bir dünya üçün BMT-in öhdəsinə düşən vəzifələrdən bəhs edir. Kitabda ədalətsizlik, korrupsiya, qaçqın böhranı, dünyanın Orta Şərqdə yaşananlara tamaşaçı qalması, beynəlxalq terrorun və islamofobiya başda olmaqla, qlobal problemlərə də toxunulur. İngilis, ərəb, alman, fransız, rus və ispan dillərinə tərcümə edilən kitabdan əldə edilən bütün gəlir AFAD-a (Fövqəladə Halların İdarə Olunması Agentliyi) verilmişdir.
Göy həmişə daha mavi olur
Il cielo è sempre più blu — rejissor Antonello Grimaldinin filmi.
Bir daha yüksələn bayraq (film, 1990)
Bir daha yüksələn bayraq qısametrajlı sənədli filmi rejissor Tofiq Məmmədov tərəfindən 1990-cı ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Azərbaycan Demokratik Respublikasının dövlət atributlarının yenidən özünə qaytarılması haqqındadır. == Məzmun == Film Azərbaycan Demokratik Respublikasının dövlət atributlarının yenidən özünə qaytarılması haqqındadır.
30 dəqiqə və ya daha az
30 dəqiqə və ya daha az (ingiliscə orijinal adı: 30 Minutes or Less) — 2011-ci ildə çəkilmiş Amerika komediya filmidir. Filmin rejissoru Ruben Fleischer olmuş, baş rollarda isə Cessi Ayzenberq, Denni Makbrayd, Əziz Ansari və Nik Svardson oynamışdır. O, Columbia Pictures tərəfindən çəkilmiş və Media Rights Capital tərəfindən maliyyələşdirilmişdir. == Süjet xətti == Nik (Jesse Eisenberg) pizza çatdıran kuryerdir. Təsadüfən bir gün o, iki quldur tərəfindən qaçırılır və 30 dəqiqə ərzində bank soymağa məcbur edilir.
Bir kərə yüksələn bayraq, bir daha enməz
"Bir kərə yüksələn bayraq bir daha enməz" — XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının əsas şüarı. Şüar Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri (may-dekabr 1918) Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur. == Tarixi == Birinci Dünya müharibəsinin sonuna yaxın Rusiya imperiyası parçalandı. İmperiyanın tərkibində olan Cənubi Qafqaz bölgəsi də müstəqil dövrünə qədəm qoydu. Cənubi Qafqazda yaşayan üç əsas millət birləşərək ümumi Zaqafqaziya Federasiyasını yaratdılar, lakin onun ömrü uzun sürmədi. Belə ki, Müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması nəticəsində baş verdi. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Müvəqqəti Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyasının MK sədri), İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçildi. 1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi.
Bir kərə yüksələn bayraq bir daha enməz

Bir kərə yüksələn bayraq bir daha enməz!

500 və daha çox qol vuran futbolçuların siyahısı
500 və daha çox qol vuran futbolçuların siyahısı — klub və milli peşəkar futbol oyunlarında 500 və ya daha çox qol vuran futbolçuları əhatə edir. Siyahıda RSSSF tərəfindən açıqlanan məlumatlardan istifadə olunmuşdur. Bu günə qədər 72 futbolçu 500-dən çox qol vurmuşdur. 30 mart 2024-cü ildə Kriştiano Ronaldo 900 qol vurdu. == Sıralama == Açar Təsdiq edilə bilməyən məlumatlar futbolçu məlumatlarına daxil edilməmişdir. Tünd rəngli hərfli futbolçular 21 dekabr 2023-ci il tarixinə aktiv futbolçulardır.